2027-ci il ərzində bir sıra təhsil müəssisələrində mühafizə xidmətlərinin satın alınması nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi satınalma müsabiqəsi elan edib. Mühafizə xidmətlərinin satın alınması üzrə ehtimal olunan qiymət 1 855 277,44 manat təşkil edir.