Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - Yenilənib

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.

Tədbir Bakı Kristal Zalında baş tutub.

Bağlanış şousu hər biri Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən 8 səhnədən ibarət olub.

Şou zamanı uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqslərlə təqdim olunması və atlı fiqurun çıxışı nümayiş etdirilib.

Eyni zamanda, nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında kompozisiyası, "Sarı Gəlin" sədaları altında milli rəqs, Azər Nəsibovun 189 nəfərlik xor ilə işıq dairələrindəki çıxışı və nəhayət, iştirakçıların meydanı tərk edərək çempionatın loqosu ilə tədbiri yekunlaşdırması tamaşaçılara təqdim olunub.

Oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.

Bu gün başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış görüşü Bakı Kristal Zalında baş tutub. Final qarşılaşmaları da bu məkanda təşkil olunur.

Bu gün, saat 18:00-da U-15 dünya çempionatının həlledici oyunu keçiriləcək. Turnirin A Divizionunun finalında İspaniya və Çexiya komandaları üz-üzə gələcəklər.

Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

Tədbir Bakı Kristal Zalında keçirilir.