“Azərbaycan Sənaye Sığorta” ASC-nin investisiya portfeli 2026-cı il sentyabrın 30-na ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 849 min manat və ya 9,7% azalıb.
İnvestisiya portfelinin ümumi dəyəri 26 milyon 575 min 503 manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni tarixində 29 milyon 424 min 685 manat olub.
Azalmanın əsas səbəbi dövlət istiqrazlarına yatırılan vəsaitlərin azalmasıdır. Belə ki, şirkətin dövlət istiqrazlarına investisiyaları bir il ərzində 19 milyon 859 min 982 manatdan 13 milyon 260 min 800 manata enib. Bu isə 6 milyon 599 min 182 manat və ya 33,2% azalma deməkdir.
Bununla yanaşı, şirkətin depozitlərdə yerləşdirdiyi vəsaitlər artıb. Depozitlərin həcmi ötən ilin eyni dövründəki 9 milyon 200 min manatdan 12 milyon 950 min manata yüksəlib. Beləliklə, bu istiqamətdə 3 milyon 750 min manat və ya 40,8% artım qeydə alınıb.
Digər investisiyaların həcmi isə dəyişməyərək 364 min 703 manat səviyyəsində qalıb.
Hesabat dövründə şirkətin səhmlərə, investisiya fondlarına və törəmə maliyyə alətlərinə yatırımları olmayıb.