Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi

Müğənni Özcan Denizin həyat yoldaşı Samar Dadqar bacısı oğlunun dəfninə qatıla bilməyib.

O bu barədə qatıldığı "Son Yemek" filminin qalasında bildirib.

Samarın 3 yaşı olan bacısıoğlu hovuzda faciəvi şəkildə həyatını itirib.

"Son Yemek" filmində Samarın həyat yoldaşı Özcan Deniz də çəkilib.

Özcan qala zamanı Samarı öpərək ona təsəlli verib.