Neftçalada Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Neftçala rayonunda da Kənd Təsərrüfatı İşçiləri Günü geniş formada qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərləri və onların əməkdaşları, könüllülər və fermerlər iştirak edib.

İlk öncə tədbir iştirakçıları tərəfindən Neftçala şəhərində ucaldılan Ulu Öndər Heydər Əliyevin əzəmətli heykəli ziyarət olunub, tər gül dəstələri düzülüb və ehtiramla yad olunub.

Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsinədə Ulu Öndər tərəfindən xüsusi diqqət və qayğı göstərilib. Bu sahədə çalışan zəhmətkeşlər xüsusi olaraq qiymətləndirilib.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevdə ölkəmizin inkişafında xüsusi xidməti olan kənd təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib, onlarla görüşüb və səsləndirdikləri bütün məsələlərə həssaslıqla yanaşıb.

RİH-nin başçısı qeyd edib ki, Prezident cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Neftçala rayonu respublikanın yüksək aqrar potensiala malik bölgələrindən birinə çevrilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və fermerlərin dövlət dəstəyi ilə əhatə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Aqrar sahənin daha dinamik inkişafa nail olmaq üçün müasir və effektiv idarəetmə üsullarının tətbiqinin genişləndirilməli, süni intellektin kənd təsərrüfatında istifadəsi ilə bağlı yeni imkanlar və innovativ alətlər araşdırılmalı, eyni zamanda, su ehtiyatlarından səmərəli istifadəyə xüsusi diqqət yetirilməlidir. Həmçinin Dövlət Proqramında aqrar sahənin resurs təminatının gücləndirilməsi, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil, elm və innovasiyanın inkişafı, aqrar-emal və logistika infrastrukturunun genişləndirilməsi, subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsallaşma təşəbbüslərinin dəstəklənməsi, eləcə də balıqçılıq və akvakultura sahələrində institusional və istehsal potensialının artırılması istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında icrası təmin olunmalıdır.

Bu gün ölkəmizdə olduğu kimi rayonumuzdada kənd təsərrüfatı sahəsinə olan diqqət, qayğı bütün fermerlər və zəhmətkeşlər tərəfindən hiss olunur, kənd təsərrüfatı sahəsinə maraq hər il artmaqda davam edir. Rayon İcra Hakimiyyətinin başçısı Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə zəhmətkeşləri təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edənlər Neftçala DAİM-in direktoru Miradil Əhmədli, Neftçala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Təbriz Eyyubov və digər natiqlər Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrində olduğu kimi aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb.

Hal-hazırda Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişafını qoruyub saxlayır.

Tədbirin sonunda Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə bir qrup kənd təsərrüfatı qabaqcılı fəxri fərmanlarla təltif olunub.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti adından kənd təsərrüfatı işçiləri təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayır.