Yatmazdan əvvəl telefondan istifadə vərdişindən qurtulmağın yolları AÇIQLANDI

Psixoloq yatmazdan əvvəl telefonda vaxt keçirmək vərdişindən uzaqlaşmaq üçün bir sıra tövsiyələr verib.

Mütəxəssis bu barədə KP.RU-ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, yatmazdan əvvəl serial izləyənlər avtomatik növbəti bölümün başlaması funksiyasını, həmçinin ekrana çıxan bildirişləri söndürməlidirlər.

Telefonda oyun oynayanlara isə oyuna başlamazdan əvvəl özləri üçün konkret bitmə nöqtəsi müəyyənləşdirmələri tövsiyə olunur. Məsələn, yalnız bir səviyyəni keçməklə kifayətlənmək olar.

Əgər yuxuya getməyə mane olan əsas səbəb onlayn alış-veriş platformalarında məhsullara baxmaqdırsa, psixoloq 24 və ya 48 saatlıq gözləmə qaydası tətbiq etməyi məsləhət görüb. Bu müddət bitənədək heç bir alış-veriş etməmək tövsiyə olunur.

Bundan əlavə, mütəxəssis bank kartı məlumatlarını alış-veriş tətbiqlərindən silməyi məsləhət görüb.