Bakı-Xırdalan marşrutu üzrə hərəkət edən qatarlardan birinin hərəkətində gecikmə yaranıb.
Bu barədə sərnişinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.
Onların sözlərinə görə, qatar təxminən 40 dəqiqədir hərəkətsiz qalıb.
Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu gün saat 19:00-da Dərnəgül dayanacağında elektrik xəttində gərginliyin olmaması səbəbindən qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.
Qeyd olunub ki, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması üçün zəruri tədbirlər görülüb.
Hazırda Bakı-Xırdalan xətti üzrə qatarların normal hərəkəti bərpa edilib.