Məsələ nəzarətə götürülüb: AQTA tərəfindən araşdırmaya başlanılıb
Bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb. Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
Ceyranbatan 2 nömrəli tam orta ümumtəhsil məktəbindən APA-ya bildirilib ki, bu gün məktəbdə bir neçə şagird dərs prosesi zamanı özünü pis hiss edib.
Bildirilib ki, məsələ məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb və təcili yardım xidmətinə məlumat verilib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, məsələ nəzarətə götürülüb. Faktla bağlı AQTA tərəfindən araşdırmaya başlanılıb.