Bakı, 29 oktyabr, AZƏRTACOktyabrın 29-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb. Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.Həmçinin diqqətə çatdırılıb ki, müayinələr zamanı bu hadisənin zəhərlənmə ilə bağlı olmadığı aydınlaşıb. Tibbi yardım edilən şəxslərdə rotavirus infeksiyası aşkarlanıb. 18:36 Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermiş hadisə ilə bağlı tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb. Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.