Ceyranbatanda şagirdlərə nə olub? -TƏBİB-dən açıqlama - YENİLƏNDİ

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin rotavirusa yoluxduğu məlum olub.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

***

Oktyabrın 29-u saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB-dən məlumat verilb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbində 10 şagirdin zəhərlənməsi araşdırılır.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.

Bildirilib ki, hadisə nəzarətə götürülüb.

***

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib./Report/