Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb - yenilənib

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

***

Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindəki məktəbdə baş verən hadisə ilə bağlı qida zəhərlənməsi faktı təsdiqini tapmayıb.Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırılır.

***

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. İlkin məlumata görə, şagirdlərin popkorndan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.