“Aqrarkredit” 1,7 milyon manatlıq iki qeyri-yaşayış sahəsini hərraca çıxarır.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının balansında olan iki qeyri-yaşayış sahəsi 25 noyabr 2026-cı il tarixində hərraca çıxarılacaq.
Əmlaklardan biri Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944A məhəllə, ev 1, 2 ünvanında, mənfi birinci səviyyədə yerləşir. Ümumi sahəsi 1 265,5 kvadratmetr olan obyektin ilkin satış qiyməti 237 500 manat müəyyən edilib.
Digər əmlak Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, giriş 437D ünvanında yerləşir. Sahəsi 5 547,2 kvadratmetr olan qeyri-yaşayış sahəsinin ilkin qiyməti 1 milyon 450 min manatdır.
Beləliklə, hərraca çıxarılan əmlakların ümumi ilkin qiyməti 1 687 500 manat təşkil edir.
Hərrac saat 11:00-da Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.