Aİ-nin hərbi helikopteri qəzaya uğrayıb

Bosniya və Herseqovinada Avropa İttifaqının hərbi kontingentinə (EUFOR) məxsus helikopter qəzaya uğrayıb.

Ölkə.az verir ki, hadisə Brçko şəhəri yaxınlığında baş verib.

Qəza nəticəsində 3 nəfər həyatını itirib.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılıb.