Metroda ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni”nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir".

Bu barədə Oxu.az məlumat yayıb.

Qeyd olunub ki, “Bakı Metropoliteni”nin 27 stansiyası AED cihazları ilə təmin olunacaq və digər müvafiq və zəruri tədbirlər görüləcək.

Məlumat üçün bildirək ki, avtomatik xarici defibrilyatorlar (AED) ürəyin qəfil dayanması (klinik ölüm) zamanı həyat qurtarmaq üçün nəzərdə tutulmuş, ürəyə elektroşok verərək onun normal ritmini bərpa edən portativ tibbi cihazdır.