Yüksək vəzifəli dövlət rəsmiləri Tehranda dördtərəfli görüş keçirdilər

İclasda Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Pakistanın yüksək vəzifəli rəsmiləri regionun təhlükəsizliyi, İsrailin bölgədəki fəaliyyəti, həmçinin Fələstin və Livandakı son proseslər müzakirə ediblər

Toplantıya İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rizai ev sahibliyi edib. Görüşdə İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də iştirak ediblər.

Danışıqlarda Türkiyəni Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman, Pakistanı isə ordu Qərargah rəisi Asim Munir təmsil edib.