Salyanda bir ailənin 3 üzvü bıçaqlandı - Ana öldü

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Ailənin oğlu anasını, atasını və həyat yoldaşını bıçaqlayıb. Nəticədə ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisəni törədən polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır (APA).