Kliçko Rusiyanın dağıtdığı körpünün FOTOSUNU yaydı

Kiyev meri Vitali Kliçko Rusiya ordusunun Cənub körpüsünə zərbə endirməsindən sonra çəkilmiş görüntüləri paylaşıb.

O, şəkilləri “Telegram”da paylaşıb.

Kliçko yazıb: "Mütəxəssislər Cənub körpüsünə dəyən ziyanın miqyasını qiymətləndirirlər. Körpü hazırda nəqliyyatın hərəkəti üçün bağlıdır".

Ukrayna paytaxtının merinin sözlərinə görə, Osokorki və Krasnıy Xutor stansiyaları arasında qatar xidməti də dayandırılıb.