Keçmiş şəksiz dünya çempionları Aleksandr Usik (25-0, 16 nokaut) və Saul Alvares (63-3-2, 39 nokaut) birlikdə Ər-Riyada gəliblər.
Bu barədə Turki əl-Şeyx məlumat yayıb.
Səudiyyə Ərəbistanı Əyləncə Baş İdarəsinin rəhbəri meksikalı boksçunun titul döyüşündən əvvəl azarkeşlər tərəfindən qarşılandığını əks etdirən video yayımlayıb.
Ukraynalı boksçu da Kanelo ilə birlikdə şəhərə gəlib.
Alvares məhz Usıkın düşərgəsində məşq edirdi. O, Ukrayna komandası ilə məşqlərini yüksək qiymətləndirib.