Hörmüz boğazının şərqində neft tankeri minaya düşüb

Bakı, 28 oktyabr, AZƏRTAC Hörmüz boğazının şərqində tankerin dəniz minalarına toxunması nəticəsində yanğın baş verib.AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.Bildirilib ki, gəmi qadağan olunmuş əraziyə daxil olub və izləmə sistemlərini söndürüb.