Mərasim Londona köçürüldü, mükafat londonluya verildi

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Quti “Qızıl top” mükafatlandırma mərasiminin nəticələri ilə bağlı fikirlərini bildirib.

Quti “El Chiringuito” verilişində deyib:

“Nə qədər təsadüfdür – mükafatın 70 illik yubileyinə həsr olunmuş “Qızıl top” mərasimi Londona köçürülür və mükafat londonluya verilir. Nə qədər təsadüfdür, elə deyilmi? İnanılmaz bir təsadüf.

Lamin Yamal və Mbappé daha çoxuna layiq idilər. Keynin adı çəkiləndə onun üzünə baxın. O, “Qızıl top”u qazanacağını təsəvvür edə bilməzdi. O, Lamin və Mbappenin ondan öndə olacağını düşünürdü. “Qızıl top”u qazanıb buna layiq olduğunu düşünəndə belə bir üz ifadəsi əldə etmək mümkün deyil. O, hətta pencəyini necə geyinəcəyini belə bilmirdi”.