Kim Çen In orduya əmr verdi: Müharibəyə hazırlaşın

Şimali Koreya lideri Kim Çen In orduya müharibəyə hazır olmaq üçün fasiləsiz hərbi təlimlər keçirmək göstərişi verib.

Bu barədə Koreya mətbuatı məlumat yayıb.

Kim Çen In Koreya Xalq Ordusunun rota komandirlərindən bölmələrin tam döyüş hazırlığını təmin etməyi tələb edib. O bildirib ki, bunun üçün əsas vasitə davamlı və intensiv hərbi təlimlərdir.

Şimali Koreya liderinin sözlərinə görə, komandirlər yüksək döyüş qabiliyyətinə, möhkəm inqilabi əqidəyə və vətənpərvərlik ruhuna malik hərbi bölmələr formalaşdırmalıdırlar. O, ordunun gücünün yalnız müasir silahlarla deyil, həm də şəxsi heyətin hazırlığı və ayrı-ayrı bölmələrin döyüş imkanları ilə müəyyən olunduğunu vurğulayıb.