Dünya çempionatı: 2 yunan-Roma güləşçimiz YARIMFİNALDA

Azərbaycanın iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.

Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.

N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub.

H.Cəfərov eyni raundda Cənubi Koreayadan olan Hanjae Çunqu məğlub edib.

İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.

Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.