Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının qalibi olub.

Report-a istinadən, 77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.

Daha əvvəl Eldəniz Əzizli də dünya çempionu adını qazanıb.

Xatırladaq ki, turnir noyabrın 1-də başa çatacaq.