Ağdərədə POMZ minası TAPILDI

Ağdərə rayonunun Çardaqlı kəndində Tərtər çayı ətrafında icra edilən minatəmizləmə əməliyyatları zamanı PMN-Э minasının altında yerləşdirilmiş qəlpələnən POMZ minasına rast gəlinib.

Bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, POMZ minası partlayan zaman ətrafa çoxsaylı qəlpələr yayaraq daha çox insanın xəsarət alması və ya həlak olmasına səbəb olur.

"Bu nümunə mina təhlükəsinin ciddiliyini və təhlükəli ərazilərə müdaxilə zamanı gözlənilməz risklərin mövcud ola biləcəyini göstərir. Bu səbəbdən tanımadığınız ərazilərə daxil olmayın, naməlum əşyalara toxunmayın və təhlükəli hallarda aidiyyəti qurumlara (805, 102, 112) məlumat verin!" - Məlumatda qeyd edilib.