Sevda Əliqızıdan Səməd Səmədovla bağlı ETİRAF: “Sona qədər onunla…”

“Sona qədər onunla dost olaraq qaldım”.

Bu sözləri müğənni Sevda Əliqızı “Evdəkilərə salam” verilişində deyib.

O, uzun illər duet ortağı olan mərhum Xalq artisti Səməd Səmədov haqqında etiraflar edib:

“Baxmayaraq ki, Səmədlə toylara getmirdim, verilişlərə çıxmırdım, nadir hallarda bizi birgə efirə çağırırdılar, amma bunların bizim münasibətimizə aidiyyəti yox idi. Sona qədər onunla dost olaraq qaldım. Sonuncu dəfə o, xəstəxanada olanda onunla danışdım. Mənə xəbər verdilər ki, xəstəxanadadır, tez zəng etdim, dedim: “Hər şey yaxşı olacaq, mən də səninlə tez-tez danışacam”. Səhəri gün ölüm xəbərini eşitdim. Çox pis oldum. O mənə qarşı heç vaxt pis olmamışdı, insan yaxşılığı itirməz. Heç bir-birimiz haqqında pis sözlər də işlətməmişdik. Allah

rəhmət etsin, yaxşı insan idi”.