27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Moderator.az bildirir ki, bu barədə Milli İncəsənət Muzeyində keçirilən mətbuat konfransında Mədəniyyət nazirinin müavini Fərid Cəfərov məlumat verib.
O bildirib ki, forum 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanmış prosesin davamıdır.
“Forum daha çox hökumətləri və qeyri-hökumət təşkilatlarını əhatə edir. Dini rəhbərlərin də maraq dairəsindədir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu parçalanmış dünyada körpülərin qurulmasına xidmət edir. Burada fərqli cəmiyyətlərin dəyərlərini bir araya gətirərək mövcud problemlərin həlli yolları axtarılır. Beynəlxalq tərəfdaşlarımızla sıx əlaqədəyik”, – deyə nazir müavini əlavə edib.