İstanbulun Beyoğlu rayonunda əvvəlcədən boşaldıldığı bildirilən 4 mərtəbəli bina naməlum səbəbdən çöküb.
Hadisə oktyabrın 28-də Kalyoncu Kulluğu məhəlləsində, Kurdela küçəsində baş verib.
Hadisə yerinə polis, yanğınsöndürənlər, UMKE, AFAD və təcili tibbi yardım qrupları cəlb olunub.
Əraziyə təhlükəsizlik tədbirləri görən qruplar dağıntılar altında mümkün insanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və yoxlama işlərinə başlayıblar.
Xilasedicilər ətrafdakı insanlardan səssiz olmalarını xahiş edərək, “Səsimi eşidən varmı?” və “Xilasetmə qrupları buradadır, səsimi eşidirsinizsə, cavab verin” deyə səsləniblər.
Ərazidə axtarış və araşdırma işləri davam edir.