Azərbaycan bələdiyyələrində qadınların təmsilçiliyi 2004-cü ildəki 4 %-dən 2025-ci ildə 39,3 %-ə, Milli Məclisdə isə 11,2 %-dən 20,8 %-ə qədər artıb.
Bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
Onun sözlərinə görə, əldə olunan irəliləyiş ölkədə qadınların siyasi və ictimai iştirakçılığının genişləndirilməsi üzrə görülən işlərin nəticələrini əks etdirir.