Dünyada gənc qadınların texnologiya sahəsində maariflənməsinə əlçatanlıq məhduddur.
Bunu Afrikalı feminist fəal, gender məsləhətçisi və icma lideri Anais Roxanne Daqrou Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi" adlı panel sessiyasında deyib.
Onun sözlərinə görə, təhsil sistemində qızlara texniki bacarıqlar aşılanmalıdır:
"Onları süni intelleklə bağlı maarifləndirmək lazımdır. Amma dünya təcrübəsi göstərir ki, qızlara bu sahədə təhsil verənlərin sayı azdır. Texnologiya şirkətləri də gənc qızlar üçün xüsusi təcrübə proqramları yarada bilərlər".