Siyəzəndə evdən meyit tapıldı

Siyəzəndə evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Siyəzəndə bağlı qapı arxasında qalma ilə bağlı müraciət daxil olub.

Məlumat əsasında Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri tərəfindən əməliyyat keçirilib, 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.