Niderland Ermənistan-Azərbaycan münaqişəsi zamanı həlak olanların qalıqlarının identifikasiyası və dəfn yerlərinin müəyyən edilməsi üçün maliyyə yardımı ayıracaq.
Bunu Niderlandın xarici işlər naziri Tom Berendsen Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bəyan edib.
Vəsaitlər İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə təqdim ediləcək. "Niderland Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləyir.
Bu baxımdan mən həlak olanların qalıqlarının identifikasiyasına və dəfn yerlərinin müəyyən edilməsinə kömək etmək üçün İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiya vasitəsilə yeni maliyyə yardımının ayrılmasını elan etdim", - Berendsen deyib.