2025–2026-cı tədris ilində 250 azərbaycanlı tələbə Niderlandın aparıcı universitetlərinə qəbul olunub.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, 2022–2028-ci illəri əhatə edən dövlət proqramına Niderlandın iki universiteti və həmin ali təhsil müəssisələrinin təqdim etdiyi 23 ixtisaslaşma proqramı daxil edilib:
“Niderland universitetlərinə qəbul olunan tələbələrin hamısı dövlət proqramı çərçivəsində təhsil almır, onların bir qismi müstəqil şəkildə müraciət edərək qəbul qazanıb”.