Təhsil dəvəti, yoxsa müdaxilə? - İranlı nazirə ana dili sualı

İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanın dünyəvi təhsil qaydalarını hədəfə alaraq azərbaycanlı qızları ölkəsinin universitetlərinə dəvət etməsi ciddi suallar doğurur. Öz ölkəsində milyonlarla azərbaycanlının ana dilində təhsil məsələsini həll etməyən bir nazirin Azərbaycana təhsil dərsi keçmək cəhdi ən yumşaq dildə desək, axmaqlıqdır.