Nazir Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Yaxın Şərqdə baş vermiş hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən Niderlandın Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilmiş dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu çox yüksək qiymətləndirdiklərini vurğulayıb və qeyd edib ki, bu, regionla bərabər, Avropa üçün də çox əhəmiyyətli bir məsələdir.