Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb

Jurnalist Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb.

Elnarə Baxış qurumdakı fəaliyyətinin bir ilini tamamladığını və növbəti aydan işindən ayrılmaq qərarına gəldiyini bildirib:

“Bir il o qədər çox müddət olmasa da, bəzən bir mühitin sənə nə qazandırdığını və ya nə qazandıra biləcəyini anlamaq, bunun nəticəsində isə gələcək istiqamətini müəyyənləşdirmək üçün tam kifayət edir”.

O, həmkarlarına və media nümayəndələrinə təşəkkür edib, qarşıda yeni hədəflərinin olduğunu vurğulayıb. Paylaşımda yeni iş yeri barədə məlumat verilməyib.

Qeyd edək ki, Elnarə Baxış 2025-ci ilin sentyabrında Elektron Təhlükəsizlik Xidmətinin mətbuat katibi təyin olunub. Bundan əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentində çalışıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən E.Baxış müxtəlif televiziyalarda müxbir və aparıcı kimi də fəaliyyət göstərib