U-15 millimiz Bakıda təşkil olunan dünya çempionatı və festivalında 4-cü oyununa çıxıb.
Komanda İsrail ilə qarşılaşıb. Görüşdə Famil Xəlilovun baş məşqçi olduğu millimiz rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, U-15 millimiz daha əvvəl Şərqi Timor yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.
Yığma bu gün Haiti ilə də üz-üzə gələcək.