ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsindən sonra Norveçi sərt tənqid edib.
Tramp oktyabrın 24-də Miçiqan ştatında keçirilən seçki mitinqində Norveçi “tualet ölkəsi” adlandırıb.
“Düzünü desəm, Norveç bərbad vəziyyətdədir. Norveç, əslində, tualet ölkəsinə çevrilib”, - deyə Ağ Ev rəhbəri bildirib.
Nobel Komitəsinin qərarı ABŞ prezidentinin narazılığına səbəb olub. Komitə Nobel Sülh Mükafatını Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə keçmiş ali komissarı Navi Pillaya verib. Qeyd edək ki, Tramp da mükafata iddialı idi, amma laureatlar sırasına salınmayıb.
Qeyd edək ki, Tramp oktyabrın 10-da Nobel Sülh Mükafatının ona verilməməsini Norveçə unutdurmayacağını bəyan etmişdi. Onun sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə bir mükafat almaqla ümumilikdə səkkiz Nobel Sülh Mükafatına layiq görülməli idi.
Tramp Nobel Komitəsinin qərarını Norveçin üzərində silinməz ləkə adlandırmışdı.