Tramp Norveçi "tualet ölkəsi" adlandırdı

ABŞ Prezidenti Donald Tramp Norveçi Nobel Sülh Mükafatını almadığı üçün sərt tənqid edib.

Tramp oktyabrın Miçiqan ştatında seçkiqabağı mitinqdə çıxışı zamanı Norveçi təhqir edərək bu ölkəni “tualet ölkəsi” adlandırıb.

ABŞ prezidentinin narazılığına Nobel Komitəsinin mükafatı BMT-nin insan hüquqları üzrə keçmiş ali komissarı Navi Pillaya verməsi səbəb olub.

Tramp mükafata iddialı olsa da, laureatlar sırasına daxil edilməyib.

Qeyd edək ki, Ağ Ev rəhbəri oktyabrın 10-da Nobel Sülh Mükafatının ona verilməməsini Norveçə bağışlamayacağını bildirib. Onun sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə ümumilikdə səkkiz Nobel Sülh Mükafatı almalı idi. Tramp komitənin qərarını Norveçin üzərində silinməz ləkə adlandırıb.