Moskvada universitetdə bomba həyəcanı: tələbə və əməkdaşlar təxliyə edildi

Rusiyanın Moskva Dövlət Mədəniyyət İnstitutunda bomba təhlükəsi ilə əlaqədar təxliyə elan edilib.

Bu barədə ali təhsil müəssisəsinin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, təxliyə qərarı binanın minalanması barədə daxil olan məlumatdan sonra qəbul edilib. Hazırda hadisə yerində müvafiq xidmətlərin əməkdaşları işləyir və zəruri tədbirlər həyata keçirilir.

Universitetin mətbuat xidməti tələbə və əməkdaşlardan sakitliyi qorumağı, məsul şəxslərin göstərişlərinə əməl etməyi və rəsmi icazə verilənədək binaya qayıtmamağı xahiş edib.

Tədris prosesinin nə vaxt bərpa olunacağı ilə bağlı məlumatın institutun rəsmi resurslarında paylaşılacağı bildirilib.