Avropanın aparıcı çempionatlarında son nəticələr…

Avropanın aparıcı milli futbol çempionatları davam edir.

Medianews.az bildirir ki, İngiltərə çempionatında liderliyi 21 xalla “Mançester Siti” və “Arsenal” bölüşür. “Brayton” 16, “Liverpul” 15, “Çelsi” 13 xal toplayıb.

İspaniya çempionatında “Barselona” 27 xalla önə çıxıb. “Atletiko” 25, “Real” 24, “Betis” 20, “Real Sosyedad” 19 xal əldə edib.

İtaliya çempionatında “İnter” və “Latsio” 22, “Roma” və “Milan” 18, “Komo” 17 xal yığıb.

Almaniya çempionatında “Bavariya” və “Borussiya” (Dortmund) 17, “Frayburq” və “Bayer” 13, “Leypsiq” və “Verder” 12, “Maynts” və “Elversberq” 10 xal götürüb.

Fransa çempionatında “Renn” 16 xalla liderdir. “Lill” və “Monako” 15, “Lion”, PSJ və “Paris” 14 xal əldə edib.