Trampdan Qrenlandiya ilə bağlı yeni açıqlama:

ABŞ Prezidenti Donald Tramp Danimarka və Amerika arasında ada ilə bağlı bağlanan müqaviləni "ən böyük daşınmaz əmlak sövdələşməsi" adlandırıb.

Donald Trampın sözlərinə görə, Danimarka hakimiyyəti Qrenlandiyanın ABŞ-ın nəzarətinə verilməsi barədə razılığa gəlib.

"Danimarka əla etdi, Qrenlandiyanı bizə verdi", - deyə qeyd edib.

D.Tramp sentyabr ayında Danimarka və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nilsen ilə imzaladığı müqaviləyə istinad edərək vurğulayıb: “Bu, tarixə, bəlkə də Venesueladan sonra ən böyük daşınmaz əmlak müqaviləsi kimi düşəcək”.

Bununla Arktika adasının təhlükəsizlik məsuliyyəti Vaşinqtona ötürülüb.