Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdır, zibil qutularını yandırırlar.
Gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar.
Əraziyə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstərsələr də, etirazçılar onları daşqalaq ediblər. Şəhərdə artan gərginlik səbəbindən yerli mağazalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmağa müvəffəq olsalar da, etirazçıların kiçik qrupları Barselonanın mərkəzinə səpələnərək dağıntılar törətməkdə davam ediblər.