Amerika Birləşmiş Ştatlarının Ayova ştatının Cedar-Rapids şəhərində "PepsiCo" konserninin törəmə müəssisəsi olan "Quaker Oats Company" qida məhsulları zavodunda partlayış və yanğın baş verib.
Bu barədə yerli yanğından mühafizə xidmətinin məlumatında bildirilib.
"Cedar-Rapids şəhər yanğından mühafizə xidmətinin əməkdaşları binada partlayış və sonrakı yanğın izləri aşkar ediblər. Bütün işçilər təxliyə olunub. Yanğının söndürülməsi işləri davam etdirilir", – deyə məlumatda qeyd olunur.
Hadisə yerindən çəkilmiş görüntülərdə bina üzərində kəskin qara tüstünün yüksəldiyi görünür. Hadisə nəticəsində xəsarət alanlar barədə verilməyib.