"Ozon"un logistika mərkəzi vuruldu

Omskda logistika mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.

Bu barədə vilayətin qubernatoru Vitali Xotsenko "Maks" messencerində bildirib.

Onun sözlərinə görə, personal operativ şəkildə təxliyə edilib.

Bunun fonunda "Ozon" marketpleysi xəsarət alanların olmadığını, lakin obyektdə yanğın başladığını açıqlayıb. Zərbənin endirildiyi yerdə fövqəladə xidmətlər işləyir.

Şirkətdən əlavə ediblər ki, satıcıların tədarüklərini bu mərkəzə müvəqqəti olaraq qəbul edilmir, artıq orada yerləşdirilənlər isə vitrindən çıxarılıb. Hazırda "Ozon" zədələnmiş kompleksdən logistika marşrutlarını başqa istiqamətə yönləndirir.