“Qol buraxmamalı idik”

Premyer-liqanın 9-cu turunda “Turan Tovuz” səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.

Matçdan sonra “bozqurd”un baş məşqçisi Kurban Berdiyev mətbuat konfransı keçirib.

– Oyunu necə dəyərləndirirsiz?

– Paltardəyişmə otağında futbolçulara təşəkkür etdim. “Neftçi” azlıqda qalana qədər də üstün tərəf biz idik. Sonra çoxsaylı qol imkanlarından yararlana bilmədik və qələbə qazana bilmədik.

– Bugünkü 1 xalı aktivinizə yazılan xal kimi qiymətləndirirsiz?

– Biz 2 xal itirdik.

– Qapıçının buraxdığı qolla razılaşdız?

– Həmin epizodda bütün futbolçular səhvə yol verdilər. Qol buraxmamalı idi.