Raket atıldı, qalıqları Məkkə və Mədinəyə düşdü

Husilər tərəfindən atılan və Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələrinin ələ keçirdiyi iki ballistik raketin qalıqları krallığın qərb hissəsindəki müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinə yaxınlığında düşüb.

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, vurulan raketlərin qalıqları Məkkə, Ciddə, Taif və Rabiq də daxil olmaqla, bir neçə əraziyə düşüb.

Hakimiyyət orqanları bu cür hücumlar üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görüb.