Futbol üzrə Azərbaycan U-15 millisi Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Yığmamız ilk oyununda Şərqi Timor millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 6:0 hesabı ilə məğlub edib.
Milli komandamız növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Rəqiblər Andorra (saat 12:45) və Avstraliya (saat 19:30) milliləri olacaq.
Qeyd edək ki, bu gün start götürən dünya çempionatı oktyabrın 30-dək davam edəcək.