Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında Azərbaycan millisi ilk oyununu böyükhesablı qələbə ilə başa vurub. Bu barədə AZƏRTAC məlumat yayıb.
Bakı Kristal Zalında təşkil olunan qarşılaşmada Famil Xəlilovun yetirmələri Timor-Leste komandasını 6:0 hesabı ilə məğlub ediblər. Qolları Müşfiq Zamanov (2), Həsən Məmmədov (2), Yusif Əlizadə və Asif Allahverdizadə vurublar.
Azərbaycan yığması növbəti matçını oktyabrın 24-də Andorra komandasına qarşı keçirəcək.
İlk dəfə təşkil olunan və oktyabrın 23-də start götürən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan gənc futbolçuları bir araya gətirir.