Türkiyə ordusu husilərlə münaqişəyə qoşulur? - Nazir

Türkiyə ordusu husilərlə münaqişəyə girməyəcək.

Bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər yerli mediaya müsahibəsində deyib.

“Bu kontekstdə, Qətərdə olduğu kimi, Səudiyyə Ərəbistanına potensial hərbi dəstəyimizin əsas məqsədi çəkindirməni gücləndirmək olacaq. Husilərlə hər hansı bir münaqişəyə girməyi düşünmürük. Prioritetimiz bölgədə yeni gərginliyin yaranmasının qarşısını almaq və təhlükəsizliyə və sabitliyə töhfə verməkdir", - deyə o bildirib.