Azərbaycan çempionatlarında 15000-ci qol vuruldu

Azərbaycan futbolu tarixində yüksək liqada 15 000-ci qol vurulub.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yubiley qol Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçında vurulub.

"Zirə" - "Sumqayıt" qarşılaşmasında qeydə alınan ikinci qol çempionatlar tarixinə 15 000-ci qol kimi düşüb. Bu qolu meydan sahiblərinin futbolçusu Rikardo Martins vurub.